Ridli Skott Çinə gedir

Dünyaca məşhur rejissor və prodüser Ridli Skott “Zhejiang Talent” adlı tele və kinokompaniyası ilə danışıqlar aparır. Çində yerləşən bu kompaniya özlərinin istehsal edəcəkləri “Əlvida Küveyt” adlı filmə rejissorun prodüserlik etməsini istəyirlər. Layihəyə nə az, nə çox düz 35 milyon dollar xərclənəcək. Filmin çəkilişləri Küveytdə aparılacaq. Ssenari və çəkiliş məkanı artıq məlumdur. Bircə, Ridli Skottun bu layihəyə razılıq verməsi qalır. O da yəqin ki, yaxın günlərdə bəlli olacaq.

Dalga TV © 2017