Ridley Scott: “Mən “Star Wars“ üçün təhlükəli namizədəm”

“Star Wars” filminin prodüserləri növbəti filmi çəkmək üçün rejissor kürsüsündə dünyaca populyar rejissor Ridley Scott-u görmək istədiklərini demişdilər. Lakin çox keçmədən Ridley Scott “Vulture“ jurnalına müsahibə verərək prodüserlərə cavab ünvanladı.

“Mən “Star Wars” üçün təhlükəli namizədəm, ona görə ki , filmin prodüserləri bütün çəkiliş prosesini öz nəzarətlərində saxlamağı sevirlər, amma mən hər şeyə özüm nəzarət etməyi sevirəm. Ona görə ki, mən nə istədiyimi bilirəm. Bu işdə təcrübəsi olmayan bir gəncə 180 milyon dollar verib film çəkdirmək məncə ağılsızlıqdır. Bu işdə mütləq təcrübə lazImdır". 

”Nəzərinizə çatdıraq ki, “Star Wars” “The Last Jedi” filminin rejissoru olan Rian Johnson kino industriyasında bu vaxta qədər heç bir “blockbuster” lentə almamışdır. Buna baxmayaraq, “The Last Jedi” hələ də gəlir əldə etməyə davam edir.

O ki qaldı Ridley Scott-un son illərdə çəkdiyi filmlərə “Prometheus” və “Alien: Covenant” hər iki film tamaşaçılar tərəfindən soyuq qarşılanaraq az gəlir əldə etmişdir.

Dalga TV © 2017