
İndoneziya
kinomatoqrafiyasını bir anda populyar edən “Reyd” filminin baş rol ifaçısı İko
Yuvaysin yeni filmi işıq üzü görəcək. Filmin adı “22-ci mil"dir. Döyüş səhnələri
ilə bol olan bu filmdə İkodan başqa məşhur aktyorlar Mark Uolberq, Con
Malkoviç, Loren Koen və başqaları çəkiliblər. Filmin rejissorluğunu Piter
Berq edib. "22-ci mil" filminin premyerası isə bu ilin avqust ayının 23-də olacaq.