"Reyd" filminin baş rol ifaçısının yeni layihəsi

“Reyd” filmlərinin baş rol ifaçısı İko Uays “Netflix” şirkətinin istehsal edəcəyi yeni serialda rol alacaq. Aktyor serialda rol alması ilə yanaşı prodüserlik və döyüş səhnələrinin quruluşunda da iştirak edəcək. Nəzərinizə çatdıraq ki, “Netflix”in istehsal edəcəyi “Vunun qatilləri” serialı 10 seriyadan ibarət olacaq. Serialda Uaysın tərəf müqabilləri Bayron Mann, Con Vyörf və başqaları olacaq. Siz “Reyd”in unudulmaz aktyorunu avqust ayının 23-də Piter Bergin rejissorluq etdiyi “22 mil” filmində görə biləcəksiniz.

Dalga TV © 2017