
“Millennium
Films” məşhur “Rembo” filminin 5-ci hissəsini çəkməyi planlaşdırır. Hələki “Millennium
Films” distribyutor axtarışındadır. Deyilənə görə, “Rembo” filmlərinin baş rol
ifaçısı Silvestr Stallone 5-ci hissəsində də çəkiləcək. Hətta məşhur aktyor
filmin ssenarisində də iştirak edəcək. Rejissorluq kürsüsündə kimin əyləşəcəyi
isə hələki sual olaraq qalır. Filmin prodüserliyini bir neçə filmdə Stallone ilə
işləmiş Avi Lerner edəcək.