"Rampage" filminin vaxtı dəyişdi

Dueyn Conson sevənlərə və onun yeni filmi olan “Rampage” filmini səbirsizliklə gözləyən tamaşaçılara xəbər var. Film aprel ayının 20-də deyil, 13-də nümayiş olunacaq. Buna səbəb isə daha bir blokbaster olan “Qisasçılar: Sonsuz müharibə” filminin vaxtının dəyişməsi olub. Adı keçən film isə aprel ayının 27-də nümayiş olunacaq. Prodüserlərin dediklərinə görə, “Rampage” filmində istifadə olunan effektlər tamaşaçıları əməlli-başlı təəccübləndirəcək. Filmin rejissoru bir çox blokbasterləri lentə alan Bred Peytondur.

Dalga TV © 2017