"Rambo 5" filminin çəkilişləri davam edir

Bir neçə ay bundan öncə mətbuata əfsanəvi filmlərdən biri olan “Rambo”nun çəkilişlərinin uzun müddətlik təxirə salınması xəbəri sızmışdı. Sonradan məlum oldu ki, bu informasiya şaiədir. Filmin çəkilişləri nəinki sürətlə davam edir, hətta aktyor kollektivinə yeni adlar da daxil olur. O adlardan biri də “Uğura on addım“ filmindən tanıdığımız Pas Veqadır. “Rambo 5” filminin rejissorluq kürsüsündə Edrian Qrunberq əyləşib. Filmin prodüserləri isə Avi Lerner və Silvestr Stallonedir. Film 2019-cu ilin aprel ayında nümayiş olunacaq.

Dalga TV © 2017