"Rahibə" daha qorxulu olacaq

Qorxu filmlərinin usta rejissorlarından biri olan Ceyms Vanın “Ovsun 2“ filmindəki Rahibə obrazı bir çox tamaşaçıların ən qorxduqları obraz olub. Bunu nəzərə alan prodüserlər o Rahibə haqqında ayrıca film çəkməyi qərara alıblar. Filmin adı elə obrazla əlaqəli olaraq “Rahibə” olacaq. Yeni çəkiləcək filmin rejissorluq kürsüsündə “Qaranlıqdan“ filmindən tanıdığımız Korin Xardi əyləşəcək. Filmin baş rollarında isə Taissa Farmiqa, Demian Bişir, Şarlott Xoup və başqaları oynayacaqlar. Filmin premyerası bu ilin sentyabr ayında baş tutacaq.

Dalga TV © 2017