“Qodzilla” yenidən qayıdır

“Qodzilla” filmi ekranlara çıxar-çıxmaz bir çox tamaşaçılar bu filmin başqa seriyalarını da səbirsizliklə gözləməyə başladılar. Beləliklə, “Omega Underground” nəşrinin yaydığı məlumata görə, “Qodzilla” seriyasının yeni filmi olan–“Bədheybətlərin Kralı” filminin çəkilişləri bu ilin aprel ayında başlayacaq. Filmin rejissorluğunu Maykl Doerti edəcək. Ssenarini isə Zak Şilds yazıb. Baş rollarda Vera Farmiga, Kayl Çendler, Ken Vatanabe və başqaları oynayacaqlar. Filmin premyerası 2019-cu ilin mart ayının 21-də olacaq.

Dalga TV © 2017