"Qodzilla Konqa qarşı"

Məşhur studiyalardan biri olan “Legendary Pictures”in prodüserləri “Twitter”də paylaşım edərək bildiriblər ki, iki əfsanəvi varlıq olan Qodzilla ilə Konqun döyüşü olacaq. "Qodzilla Konqa qarşı” filminin çəkilişləri dünən başlayıb. Filmin rejissorluq kürsüsündə Adam Vinqard əyləşib. Baş rollarda isə Aleksandr Skarsqard, Milli Bobbi Braun, Danay Qurira və başqaları oynayıblar. Filmin premyerası 2020-ci ilin may ayının 21-də baş tutacaq.

Dalga TV © 2017