"Qodzilla King Konga qarşı" 2-ci raund

Popular blokbasterlərdən biri olan “Qodzilla King Konga qarşı” filminin çəkilişləri bu il oktyabr ayının 1-dən start götürür. Bu barədə xəbəri “Omega Underground” nəşri yayıb. Filmin rejissoru “Ölüm dəftəri”, “Sən öləcəksən” filmlərindən tanıdığımız Adam Vingard olacaq. Filmin ssenarisini isə “Karib dənizinin quldurları” və “Qodzilla” filmlərinin məşhur ssenari müəllifi Terri Rossio yazıb. Filmin çəkilişləri 2019-cu ilin fevral ayında bitəcək.

Dalga TV © 2017