"Qladiator" filminin ikinci hissəsi çəkiləcək

Dünyaca məşhur Ser Ridli Skot populyar nəşrlərdən birinə müsahibəsində deyib ki, hazırda “Qladiator” filminin 2-ci hissəsini lentə almağa hazırlaşır. Artıq “Qladiator 2”nin ssenari müəllifi də məlumdur. Filmin ssenarisi üzərində “Oğrular şəhəri“, “Ac oyunlar“, “Kavaleriya” filmlərindən tanıdığımız Piter Kreyq işləyəcək. Film “Paramount” və “Scott Free” studiyalarının dəstəyi ilə çəkiləcək. Filmin çəkiliş və premyera vaxtı hələ ki məlum deyil.

Dalga TV © 2017