"Qisasçılar"ın finalı uzun olacaq

“Qisasçılar” filmlərinin son bölümünün xronometrajı 3 saatdan çox olacaq. Bunu filmin rejissorları olan Entoni və Co Russo deyiblər. Onların dediklərinə görə, filmdə demək olar ki, bütün “Marvel” qəhrəmanları iştirak etdiyi üçün “Qisasçılar”ın sonunu qısaltmaq olmayıb. Nəzərinizə çatdıraq ki, bundan əvvəl “Qisasçılar” seriyalarında ən uzun xronometraj “Qisasçılar: Sonsuzluq savaşı” filmində olmuşdu. Tamaşaçılar bu filmə kinoteatrlarda 149 dəqiqə baxmışdılar. Rejissorların dediklərinə görə, filmin sonuncu bölümü 182 dəqiqə olacaq. 

Dalga TV © 2017