"Qisasçılar" rekord vurdu

“Qisasçılar: Sonsuzluk savaşı” gözlənildiyi kimi, birinci həftə Amerika kinoteatrlarında rekord vurdu. Film ilk həftədə prodüserlərin xəzinələrinə nə az, nə çox düz 630 milyon dollar gəlir gətirdi. Bununla da iki filmin rekordunu təzələmiş oldu. Nəzərinizə çatdıraq ki, “Qisasçılar”dan öncə ilk həftə ən çox gəlir əldə edən filmlər sırasında “Gücün yüksəlməsi“ filmi idi. Bu film ilk həftə 250 milyon dollar qazanmışdı. Ən çox gəlir gətirən filmlərdən biri də “Forsaj 8” filmi idi. Bu film isə ilk həftə 542 milyon dollar qazanmışdı. Beləliklə, hazırda liderliyi “Qisasçılar“ edir. Filmi may ayının 3-də yerli kinoteatrlarda izləyə bilərsiniz.

Dalga TV © 2017