"Qisasçılar" rekord qırdılar

Hazırda kinoteatrlarda nümayiş olunan “Qisasçılar: Sonsuzluq savaşı” filmi nümayişin 3-cü həftəsinə qədəm qoydu. “Marvel Komiks” qəhrəmanlarından ibarət komanda prodüserlərin üzlərini əməlli-başlı güldürdü. Filmin dünyadakı gəliri hazırda 1 milyard 607 milyon dollardır. Bu o deməkdir ki, “Marvel” studiyasının lentə aldığı filmlərin içində ən çox gəlir gətirən bu film oldu. İkinci yerdə Melissa Makkartinin baş rolda oynadığı “Kompaniyanın ürəyi” komediyasıdır. Filmin gəliri 18,5 milyon dollardır.

Dalga TV © 2017