Qatilin cangüdənindən sonra xəfiyyələr işə düşəcək

“Qatilin cangüdəni” filmi keçən ilin uğrulu filmləri arasındadır. Patrik Hyuzun bu filminə 30 milyon dollar xərclənsə də, filmin gəliri 176 milyon dollar olub. Studiya bu uğurlu işdən sonra Patrikə yeni bir müqavilə təklif edib. Beləliklə, Patrik Hyuz “Təhlükəli məkan“ adlı filmin çəkilişlərinə başlayacaq.

Filmdə 3 dostdan söhbət gedir. Dostlar vaxtlarını səmərəli keçirmək üçün Baham adalarında bir ev kirayələyirlər. Onlar əyləncəli vaxt keçirdikləri zaman kirayə tutduqları evə düşmənlər hücum edir. Səbəb isə nə dostlardadır, nə də ki Baham adalarında. Əsl səbəb dostların kirayə götürdükləri evdədir.

Prodüserlərin verdikləri məlumata görə, filmin çəkilişləri bu ilin ikinci rübündə başlayacaq. Hələlik isə gözləyək görək Patrik Hyuzun bu filmi də gəlir baxımından uğurlu olacaq?

Dalga TV © 2017