"Qatilin cangüdəni" yenidən gəlir

Məşhur aktyorlardan biri Rayan Reynolds rəsmi Twitter səhifəsində “Qatilin cangüdəni” filminin 2-ci hissəsinin çəkilişlərinin başladığını qeyd edib. Filmdə Reynoldsdan əlavə Salma Hayek, Semuel L. Cekson da iştirak edəcək. Yeni çəkilən filmin adı isə “Killerin arvadının cangüdəni” olacaq. Nəzərinizə çatdıraq ki, filmin birinci hissəsi 2017-ci ildə işıq üzü görmüşdü. “Qatilin cangüdəni” filminin birinci hissəsinə xərclənən 30 milyon dollar qarşılığında film, 177 milyon dollar gəlir gətirmişdi .

Dalga TV © 2017