"Qarışqa adam və arı"

“Qarışqa adam” filmi tamaşaçılar tərəfindən kifayət qədər bəyənildi və prodüserlər belə qərara gəldilər ki, “Qarışqa adam”a tərəf müqabili lazımdır. Beləliklə, onlar bu işin öhdəsindən uğurla gəldilər və “Qarışqa adam”ın tərəf müqabili arı oldu. “Marvel” studiyasının lentə aldığı və bu ilin iyul ayının 5-də nümayişi olacaq “Qarışqa adam və arı” filminin baş rollarında Pol Rad və Evancelina Lilli oynayacaqlar. Bir neçə gündən sonra filmin tam versiyada treyleri nümayiş olunacaq. Filmdə Ceremi Renner, Mişel Pfayfer, Lourens Fişbörn və başqa ulduzlar da çəkiliblər.

Dalga TV © 2017