
"Oskar" mükafatçısı populyar aktyor Qari Oldmen yenidən Co Raytla işləyəcək. Nəzərinizə
çatdıraq ki, Co Rayt “Qaranlıq vaxtı” filminin rejissorudur. Bu iki peşəkar sənət
adamlarının növbəti layihəsi uşaq psixoloqu olan Anna Foks adlı həkimin həyatında
baş verən naməlum hadisələrdən bəhs edəcək. Filmin adı isə “Pəncərədəki qadın“
olacaq.