"Qara Pantera"nın yeni filmi

“Qara Pantera” rolu ilə tamaşaçıların rəğbətini qazanan gənc aktyor Maykl B. Cordanın yeni layihəsi məlum olub. Aktyor “Paramount" studiyasının istehsalı olan “Acımasız” filmində baş rolda çəkiləcək. Mayk B. Cordan filmdə Amerika kəşfiyyatının əməkdaşı obrazını canlandıracaq. Hətta deyilənə görə, əgər “Acımasız” filmi tamaşaçı rəğbətini qazansa, filmin başqa seriyaları da lentə alınacaq.

Dalga TV © 2017