
Bir
neçə ay bundan öncə əfsanəvi filmlərdən olan “Qara geyimli insanlar” filminin
yenidən çəkilməsi haqda məlumat vermişdik. Filmin aktyor heyətinə daha bir sənətkar
daxil oldu. Son zamanlarda döyüş filmlərində
gördüyümüz Hollivudun ən yaraşıqlı aktyoru olan Liam Nison “Qara geyimli
insanlar“da oynayacaq. Nəzərinizə çatdıraq ki, Lisonun tərəf müqabilləri Kris
Hemsvort və Tesse Tompson olacaq. Filmin ssenarisi üzərində Art Markum və Mett
Hollouey işləyiblər. “Qara geyimli insanlar” filminin premyerası isə 2019-cu
ilin iyun ayının 14-də olacaq.