
“Marvel”
studiyası yeni çəkiləcək “Qara dul qadın“ filminə rejissor təyin etdi. Film avstraliyalı rejissor xanım Keyt Şortlendə həvalə olunacaq. Rejissorun
ən populyar işi isə “Lore” filmi olub. Nəzərinizə çatdıraq ki, “Qara dul qadın”
üçün yarım ildən çoxdur rejissor axtarılırdı. Əgər çəkilişlər sentyabr ayında
başlasa, biz filmə 2020-ci ildə baxa biləcəyik.