"Qambit" filmindən xəbər var

Bir neçə dəfə təxirə salınmış sonra yenidən bərpa olunmuş başı bəlalı “Qambit” filmindən xəbər var. Yeni çəkiləcək filmin prodüseri Saymon Kinberqin verdiyi məlumata görə, “Qambit” filmi studiyanın planında öz yerini qoruyub saxlayır. Filmin ssenarisi bu ilin mart ayında sona çatıb. Əgər işlər prodüserlərin istədikləri kimi getsə, filmin çəkilişləri bu ilin iyun ayının 19-da Yeni Orleanda başlayacaq. Filmin premyerası isə gələn ilin iyun ayının 6-da olacaq.

Dalga TV © 2017