Qalmaqallı rejissordan yeni film

Hər yeni filmi ilə gündəmdə olan və qalmaqallı rejissor ləqəbi alan Lars Fon Trierin yeni filmi işıq üzü görəcək. Bəzi tamaşaçılar bu filmi səbirsizliklə gözləsələr də, bəziləri isə şoka düşməmək üçün kinoteatrlara getməyəcəklərini açıqlayıblar. Fon Trierin yeni filmi “Cekin tikdiyi ev” adlanır. Filmdə ardıcıl olaraq qətllər törədən qatildən söhbət gedir. Baş rollarında Mett Dillon, Uma Turman, Sofi Qrabol kimi tanınmış aktyor və aktrisalar çəkilən filmin ilk nümayişi “Kann” festivalı çərçivəsində olacaq. Kinoteatrlarda nümayişi haqqında isə hələki məlumat verilmir.

Dalga TV © 2017