“Qalaktikanın mühafizəçiləri“ndən yeni xəbər

Kinoteatrlardan kifayət qədər gəlir əldə edən və tamaşaçılar tərəfindən sevilən filmlərdən biri olan “Qalaktikanın mühafizəçiləri“ filminin 3-cü hissəsinin çəkilişləri 2019-cu ilin fevral ayında başlayacaq. Prodüserlərin verdikləri məlumata görə, çəkilişlər iyun, iyul aylarına qədər davam edəcək. Rejissor kürsüsündə isə ilk iki hissəni lentə alan Ceyms Qann əyləşəcək. Filmin ssenarisi və aktyor heyəti haqqında hələki heç bir məlumat yoxdur. Deyilənə görə, filmin adı “Qalaktikanın mühafizəçiləri 3-cü hissə” olacaq. Premyera tarixi isə 2020-ci ilə planlaşdırılır.

Dalga TV © 2017