"Qalaktika mühafizəçiləri" olmayacaq?

“Disney” və “Marvel” şirkətləri tamaşaçıların ən çox sevdikləri filmlərdən biri olan “Qalaktika mühafizəçiləri” filminin 3-cü hissəsinin çəkilişlərini dayandırıblar. Filmin çəkilişləri Atlantada keçirilən zaman studiyaların prodüserləri yaradıcı heyətə evə getmələrini və çəkilişlərin təxirə salındığını söyləyiblər. Bu hadisənin səbəbi açıqlanmasa da, deyilənə görə, çəkilişlərin dayanmasına səbəb bir neçə ay bundan öncə məşhur rejissor Ceyms Kanın rejissorluq kürsüsünü tərk etməsi olub. Tamaşaçılar “Qalaktika mühafizəçiləri”nin 3-cü hissəsinə baxacaqlar, ya yox bu barədə heç bir açıqlama verilmir.

Dalga TV © 2017