
“Möcüzə
qadın” filmi ilə tamaşaçıların qəlbində taxt quran aktrisalardan biri Qal
Qadotdur. “Möcüzə qadın”ın uğurundan sonra prodüserlər aktrisaya xeyli təkliflər
edirlər. O təkliflərdən biri də “Qırmızı bildiriş“ filmində çəkilməkdir. Nəzərinizə
çatdıraq ki, yeni çəkiləcək filmdə aktrisanın tərəf müqabili məşhur aktyor
Dueyn Conson olacaq. Filmin rejissorluq kürsüsündə “Yarım casus“ və “Biz Millerlərik”
filmlərindən tanıdığımız Rouson Marşall Terber əyləşəcək. Film 2020-ci ilin
iyun ayının 11-də nümayiş olunacaq.