"Polis akademiyası" gəlir

İlk hissəsi 1984-cü ildə lentə alınan və tamaşaçılar tərəfindən kifayət qədər sevilən filmlərdən biri olan “Polis akademiyası” yenidən lentə alınacaq. Bu barədə məlumatı 1984-cü ildə Keri Maxouni rolunda çəkilən Stiv Quttenberq öz “Twitter” səhifəsində paylaşıb. Aktyor paylaşımında yazıb: ““Polis akademiyası” gəlir. Film haqqında hələ ki heç bir məlumat paylaşmağa ixtiyarım yoxdur, amma akademiyanı sevən tamaşaçılara üzümü tutub demək istəyirəm ki, gözləyin.” Nəzərinizə çatdıraq ki, “Polis akademiyası” filminin birinci hissəsi 4,5 milyon dollar xərclə 81 milyon dollar gəlir gətirməyi bacarmışdı. 

Dalga TV © 2017