
Amerikanın
popular kabel televiziyası olan “Paramount Network” dünyasını dəyişmiş məşhur
aktyor Pol Uolker haqqında sənədli film çəkməyə qərar verib. Filmin
prodüseri də artıq məlumdur. “Mən Pol Uolkerəm” sənədli filminin prodüseri “Mən
Bryus Liyəm”, “Mən Stiv Makkuinəm” sənədli filmlərindən tanıdığımız Derik
Myurrey, rejissoru isə Adrian Baytenhays olacaq.