Pol Radd “Casus oyunları” filmində

Son zamanların ən tələb olunan aktyorlarından biri Pol Radd “Casus oyunları” filminə çəkilib. Filmdə İkinci Dünya müharibəsində Amerika kəşfiyyatına işləyən casusdan söhbət gedir. Film Nikolas Davidofffun bestselleri əsasında çəkilib. İlk öncə Pol Raddın yerinə məşhur aktyor və rejissor Corc Kluni çəkilməli idi. Son məqamda prodüserlər fikirlərini dəyişiblər və rolu Pol Radda həvalə ediblər. Filmdə Mark Strong, Siena Miller, Qay Pirs, Pol Camatti kimi ulduzlar da çəkiliblər. 

Dalga TV © 2017