Piter Ceksondan yeni film gəlir?

Dünyaca məşhur rejissor Piter Cekson son zamanlar yalnız prodüserlik fəaliyyəti ilə məşğul olur. Rejissorun yaxın çevrəsindən verilən məlumata görə, Piter Cekson yenidən rejissorluq etmək qərarına gəlib. İki seçim qarşısında qalan Piter ya məşhur "DC Komiks" qəhrəmanlarından biri haqqında film çəkəcək, ya da bir zamanların ən populyar filmi olan “Üzüklərin hökmdarı” filminin serial versiya üzərində işləyəcək. Rejissorun qərarı yaxın günlərdə mətbuata açıqlanacaq.

Dalga TV © 2017