
“People”
nəşri 2018-ci ilin ən yaraşıqlı aktyorlarının siyahısını dərc edib. Siyahının
birinci yerində “Dinləyən“, “Lyuter” seriallarından və “Aramızdakı dağlar“
filmindən tanıdığımız İdris Elba qərarlaşıb. Bu xəbəri eşidən aktyor deyib:
“İlk öncə “People” nəşri bu məlumatı mənə çatdıranda gözlərimə inanmadım. Sonra güzgü önünə keçdim və anladım ki, həqiqətən də
2018-ci ildə ekranlarda məndən yaraşıqlı kişi olmayıb.”