Pedro Almodovar Banderasın iştirakı ilə yeni film lentə alır

Məşhur rejissorlardan biri hesab olunan İspan əsilli Pedro Almodovarın yeni layihəsinin adı məlum olub. Baş rollarında Antonio Banderas və Penelopa Krusun oynayacağı filmin adı "Ağrı və şöhrət"dir. Filmdə yaşlanmış rejissorun həyatından bəhs olunur. Filmin İspaniyadakı premyerası mart ayının 22-də olacaq. "Ağrı və şöhrət" filmi dünya kinoteatrlarında nümayiş olunacaqmı? Bu sualın cavabı hələ ki məlum deyil.

Dalga TV © 2017