"Özgə dünya"nın rejissoru bataqlığa gedir

“Splash report” saytının verdiyi məlumata görə, “Özgə dünya“ kimi populyar filmlərin rejissoru Len Uayzmanın növbəti layihəsi məlum olub. Məlumata görə, rejissor “Warner Bros. Television” kanalı üçün “Bataqlıqdakı yırtıcı” serialını lentə alacaq. Serialın ssenari müəllifi “Maska”, “Ulduz gəmisi“, “Smolvil sirləri” filmlərindən tanıdığımız Mark Verhayden, kreativ prodüseri isə məşhur Ceyms Van olacaq. “Bataqlıqdakı yırtıcı” serialının çəkilişləri payızın 2-ci ongünlüyündə başlayacaq.

Dalga TV © 2017