“Overlord”un “Kloverfild”lə heç bir əlaqəsi yoxdur

Bir çox tamaşaçı və tənqidçilər zənn edirdilər ki, yeni çəkilən “Overlord” filmi məşhur “Kloverfild” filminin davamıdır. Bu söhbətlərə birdəfəlik son qoyan insan isə məşhur rejissor, prodüser Cey Cey Abrams oldu. Verdiyi müsahibənin birində rejissor qeyd etdi ki, hazırda çəkilən “Overlord” filminin digər məşhur filmlə heç bir əlaqəsi yoxdur. Nəzərinizə çatdıraq ki, hərbi triller janrında çəkilən filmin ideyası məhz Cey Cey Abramsa aiddir. Filmin rejissorluq kürsüsündə isə Culius Eyveri əyləşib. Baş rollarda Uayet Rassel, Yovan Adepo və başqaları çəkiliblər. Əgər yayılan xəbər doğru olsa, film bu ilin oktyabr ayının 25-də kinoteatrlarda nümayiş olunacaq.

Dalga TV © 2017