"Oskar" mükafatlandırma mərasimi baş tutdu

Dünən gecə martın 4-dən 5-nə keçən gecə Los-Ancelesdə “Dolby” teatrında “Oskar” mükafatlandırma mərasimi uğurla baş tutdu. Bir çox kinomütəxəssislərinin də qatıldığı mərasimdə ötən ildəki kimi qeyri-adi heç nə baş vermədi. Halbuki, bu il bir çox kinosevərlər "Oskar" tarixində ən qalmaqallı gecə olacağını vurğulamışdılar. Kimi məyus oldu, kimi sevindi. İndi gəlin baxaq görək kimlər mükafatlarına qovuşdular.

“Ən yaxşı film” mükafatına gözlənildiyi kimi Gilyermo del Toronun “Suyun Şəkli“ filmi layiq görüldü.

“Ən yaxşı rejissor” - “Suyun Şəkli” filminin rejissoru Gilyermo del Toro

“Ən yaxşı aktyor” - ”Qaranlıq zamanlar” filmində Uinston Çörçill roluna görə, Hari Oldman

“Ən yaxşı ikinci aktyor” - “Missuri, Ebbinq sərhəddində üç bilbord” filmində oynayan Sem Rokuell

“Ən yaxşı qadın aktrisa” - “Missuri Ebbinq sərhəddində üç bilboard” filmində möhtəşəm oyununa görə, Frensis Makdormand 

“Ən yaxşı ikinci aktrisa” - “Tonya hamıya qarşı” filmində canlandırdığı obraza görə, Ellison Cenni

“Ən yaxşı orijinal ssenari” - “Rədd ol” filminin ssenari müəllifi Cordan Pil

“Ən yaxşı animasiya filmi” - “Kokonun sirri” filmi

“Ən yaxşı soundtrack” - “Suyun Şəkli“ filmində səslənən musiqilərin bəstəkari Aleksandr Depla

“Ən yaxşı operator” - “Ülgüc üzərində qaçan 2049” filminin operatoru Rocer Dikins

“Ən yaxşı montaj” - Kristofer Nolanın “Dunkirk” filmi

“Ən yaxşı vizual effektlər” - “Ülgüc üzərində qaçan 2049” filmi

“Ən yaxşı sənədli film” - “İkar” filmi 

“Ən yaxşı səs montajı” - “Dunkirk” filmi

“Ən yaxşı  saç düzümü və qrim” mükafatına isə “Qaranlıq zamanlar“ filmi layiq görüldü.

Beləliklə, “Oskar”  “Suyun Şəkli“ filminə getdi. Gecənin aparıcılığını isə məşhur stand up aktyoru və aparıcı Cimmi Kimmelə həvalə olunmuşdu.

Dalga TV © 2017