"Ölümcül silah 5" gəlir

Bu ilin fevral ayında rejissor Riçard Donner müsahibələrinin birində qeyd etdi ki, əfsanəvi filmlərdən hesab olunan “Ölümcül silah” filminin 5-ci hissəsi çəkiləcək. Rejissor filmin başqa işlərindən heç bir məlumat verməyib. Deyilənə görə, yeni çəkiləcək filmin ssenarisi üzərində Çenninq Gibson işləyib. Filmin baş rollarında isə birinci hissədə olduğu kimi populyar aktyorlar Mel Gibson və Denni Qlover oynayacaqlar. Nəzərinizə çatdıraq ki, “Ölümcül silah“ filminin birinci hissəsi 1998-ci ildə işıq üzü görmüşdü.

Dalga TV © 2017