"Ölüm kitabı"nın ikinci hissəsi lentə alınır

Bir neçə il bundan öncə qorxu filmlərindən biri olan “Ölüm kitabı” filmi işıq üzü görmüşdü. Film kinotənqidçilər və tamaşaçılar tərəfindən soyuq qarşılansa da, “Netflix” şirkətinin prodüserləri filmin ikinci hissəsini lentə almaq qərarına gəldilər. Şirkətin prodüserlərindən biri olan Ted Sarandos deyir ki, filmin birinci hissəsi uğurlu alındığı üçün ikinci hissəsinə start veriblər. Nəzərinizə çatdıraq ki, “Ölüm kitabı”nın ikinci hissəsinin ssenarisi üzərində “Ölümcül döyüş” filmindən tanıdığımız Qreq Russo işləyib. 

Dalga TV © 2017