
Son
zamanlarda işıq üzü görən qorxu filmlərinin siyahısını tərtib etsək, birinci
yerdə “O” filminin qərarlaşacağına heç kimin şübhəsi ola bilməz. Bu uğurlu nəticəyə
görə, prodüserlər filmin ikinci hissəsini lentə almağa başladılar. Hazırda “O”
filminin ikinci hissəsinin kastinqi gedir. Artıq filmdə
oynayacaq aktyorların bəziləri məlumdur. Filmin ikinci hissəsində Endi Bin,
Cessika Çesteyn, Ceyms Makevoy, Bill Skarsqard kimi aktyorlar çəkiləcəklər.
Filmin çəkilişləri iyul ayının 3-də başlayacaq.