Numi Rapas "Cek Rayan 2"də

“Əjdaha tatulu qız”, “Prometey” filmlərinin peşəkar aktrisası olan Numi Rapas Con Krasinskinin lentə aldığı “Cek Rayan“ serialının 2-ci sezonunda rol alacaq. Aktrisa alman əsilli Herriet Bauman adlı casus qızı canlandıracaq. Serialın ikinci sezonunun ssenari müəllifləri Karlton Kyuz və Qrem Rolanddır. Nəzərinizə çatdıraq ki, Cek Rayan obrazını bu vaxta qədər bir çox ulduzlar canlandırıblar. Onların sırasında Alek Bolduin, Harrison Ford, Ben Afflek, Kris Payn kimi aktyorlar var. Onu da qeyd edək ki, “Cek Rayan” serialı önümüzdəki ay nümayiş olunacaq.

Dalga TV © 2017