Nil Blomkampın yeni layihəsi

“9 Nömrəli rayon”, “Çappi adlı robot” filmlərinin peşəkar rejissoru olan Nil Blomkampın yeni layihəsinin adı məlum olub. Nil “MGM” studiyasının sifarişi ilə əfsanəvi “Robokop” filminə rejissorluq edəcək. Nəzərinizə çatdıraq ki, yeni çəkiləcək filmin adı “Robokop qayıdır“ olacaq. Filmin iki hissəsində Robokop obrazını canlandıran aktyor Piter Ueller, yeni lentə alınacaq filmdə çəkilməyəcək. Filmin çəkiliş vaxtı və premyera tarixi hələ ki açıqlanmır.

Dalga TV © 2017