Nil Blomkamp "Robokop"u çəkəcək

Məşhur “MGM” studiyasının prodüserləri “9 nömrəli rayon”, “Çappi adlı robot” filmlərinin peşəkar rejissoru olan Nil Blomkampla danışıqlar aparır. Deyilənə görə, studiyanın prodüserləri rejissora Pol Verxovenin lentə aldığı “Robokop” filminin sikvelini çəkməyi təklif ediblər. Yeni çəkiləcək “Robokop”un ssenarisi üzərində Edvard Noymayer və Maykl Mayn işləyiblər. Filmin çəkilişləri haqqında hələ heç bir məlumat yoxdur.

Dalga TV © 2017