
1990-ci illərdə məşhur aktyor Nikolas Keyc “Superman sağdır” filminə çəkilməli idi. Amma o vaxt bu layihə müəyyən
səbəblərə görə işıq üzü görmədi. Üstündən illər keçməsinə baxmayaraq, aktyora
yeni bir təklif gəldi. Bu dəfə o, “Gənc cəngavərlər irəli” adlı cizgi filmində
“Superman” rolunu səsləndirəcək. Düzdü son zamanlar Nikolas Keyc aşağı büdcəli
filmlərə çəkilsə də, "Superman" obrazını canlandırmaq aktyorun ən böyük
arzularından biri imiş.