Nikolas Keyc komikslərdən əl çəkmir

Bir zamanların ən uğurlu aktyorlarından sayılan, lakin son zamanlar ikinci dərəcəli filmlərə çəkilən məşhur aktyor Nikolas Keyc “Joblo” portalına verdiyi müsahibisində Coker və Doktor Dum rollarını oynamaq istədiyini açıqlayıb. Aktyor verdiyi müsahibədə deyib: “Düzdü son zamanlar bir çox obrazlar haqqında düşünürəm, amma bir söz deyim ki, mən Coker və Doktor Dum obrazlarını mükəmməl oynaya bilərəm”. Nəzərinizə çatdıraq ki, məşhur aktyor əməlli-başlı komiks fanatıdır. Hətta onun komiks personajları ilə bağlı çox mükəmməl kolleksiyası da var. Bu ilin may ayında Coker obrazının solo filmi çəkiləcək. O rola ən yaxın namizəd isə “Qladiator” və başqa filmlərdən tanıdığımız Xoakin Feniksdir.

Dalga TV © 2017