
Çox
sayda tamaşaçıların bəyəndiyi və həvəslə baxdığı seriallardan biri olan “Böyük
kiçik yalanlar”ın ikinci sezonu üçün çəkilişlər sürətlə davam edir. Birinci
sezonun aktyor və aktrisaları öz rollarını davam etdirəcəklər. Nəzərinizə çatdıraq
ki, serialın ikinci sezonunda Nikol Kidman, Riz Uizerspun, Meril Strip kimi
aktrisalar da iştirak edirlər. “HBO” kanalında “Böyük kiçik yalanlar” serialının
ikinci sezonu önümüzdəki il nümayiş olunacaq.