Nik Kassavetsin trilleri

“Alfa Dog” və “Yaddaş kitabçası” filmlərinin rejissoru Nik Kassavets bu dəfə triller janrında film çəkməyi qərara alıb. Filmin adı “Əl yazısı”dır. Studiya Nikdən öncə rejissorluq kürsüsünü Con Mura həvalə etmək istəyirdi, amma sonradan prodüserlər bu fikirlərindən yayındılar. Filmin ssenarisini Luis Rozenberg və Co Rozenbaum yazıblar. Filmdə bir yazıçının həbsxanada qələmə aldığı romandan söhbət gedəcək. Amma bu roman adi sıradan romanlardan deyil. Filmin baş rollarında isə Morgan Frimen və Skot İstvud oynayacaqlar.

Dalga TV © 2017