“Netflix”in yeni layihəsi

Dünyada biri-birindən maraqlı serialları ilə populyar olan “Netflix” kanalı yeni bir layihəyə imza atacaq. Məşhur rejissor Ridli Skotun şirkəti olan “Scott Free” də bu layihəyə dəstək olacaq. Triller janrında çəkiləcək film Syuzan Consun romanı əsasındadır. Baş rollarda Rayli Kio və Alisiya Vikanderin rol alacaqları gözlənilir. Hazırda aktyor və aktrisa şirkətlə danışıqlar aparırlar. Filmin çəkilişləri Tokyo şəhərində və Sado adasında bu ilin may ayında başlayacaq.

Dalga TV © 2017