
Hər
il onlarla serial və film istehsal edən “Netflix” şirkəti bu dəfə tamaşaçılara
“Qanundan kənar kral” adlı tarixi film nümayiş etdirəcək. Filmdə Şotlandiya
kralı Robert 1-dən söhbət gedəcək. Filmin baş rollarında Kris Payn, Aaron
Teylor Conson, Stiven Kri və başqaları çəkiliblər. Rejissorluq kürsüsündə isə Devid
Makkenzi əyləşib. Filmin premyerası noyabr ayının 9-da olacaq.