"Netflix" məşhur oyunu ekranlaşdırır

Hər bir serialı ilə reytinqləri alt-üst edən “Netflix” şirkəti növbəti iri layihəsinə yaşıl işıq yandırdı. Bu dəfə şirkətin prodüserləri Konsol oyunlarının sevimli layihələrindən biri olan “The division” oyununu serial kimi tamaşaçılara təqdim etmək istəyirlər. Nəzərinizə çatdıraq ki, “The division” oyunu “Ubisoft” şirkətinin ən məşhur oyunlarından biridir. Yeni lentə alınacaq serialın baş rollarında Cessika Çesteyn və Ceyk Cilenholl oynayacaqlar. Serialın ssenarisi üzərində isə Reyf Cadkins işləyir. 

Dalga TV © 2017