Netflix-Besson və Europacorp

Dünyanın ən məşhur şirkətlərindən biri hesab olunan "Netflix", popular rejissor Lyuk Bessonla danışıqlara başlayıb. Əgər rejissor və şirkət razılığa gəlsələr, Besson 30 milyonluq büdcə ilə "Netflix"ə bir neçə film çəkəcək. Fransanın məşhur şirkətlərindən biri olan "Europacorp" Bessona məxsusdur. Əgər rejissor və şirkət müqavilə bağlasalar, Bessonun çəkdiyi bir neçə filmin hüquqları "Netflix"ə məxsus olacaq. Bu filmlər arasında kifayət qədər popular olan “Taksi”, “Daşıyıcı”, “Əsir götürülmüş” filmləri var.

Dalga TV © 2017